Cia.az xəbər verir ki, Türkiyənin qərbində zəlzələ baş verib. Təkanlar İstanbulun Avropa hissəsində də hiss olunub.
Bu barədə Türkiyənin AFAD qurumu məlumat verib.
Yerli vaxtla 10.43-də azı 3 təkan baş verib. Zəlzələnin 5,1 bal gücündə olduğu bildirilir. Təkanların episentri Bursa vilayətinin Mudanya şəhərinin yaxınlığında, 5 kilometrə yaxın dərinlikdə olub.
