|
Azərbaycanda məktəbli qızılcadan öldü

Azərbaycanda məktəbli qızılcadan ölüb.

Cia.az-ın əldə etdiyi məlumata görə, hadisə Yusif Əliyev adına 195 saylı orta məktəbdə baş verib.

Belə ki, məktəbin 4-cü sinif şagirdi olan oğlanın (adı açıqlanmır) qızılcadan dünyasını dəyişdiyi bildirilir.

Məktəbdən o da bildirilib ki, son 5 gündə 200-dən çox yoluxma olsa da, 3 növbəli məktəbdə bir nəfər də olsa, həkimi yoxdur.

Məktəbin laborantı Ölkə.Az-a açıqlamasında yoluxma halları ilə bağlı müvafiq qurumlara məlumat verildiyini söyləyib.

Qeyd edək ki, təhsil müəssisəsinin iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmadığı bildirilir.

olke.az