İsveçrənin Cenevrə şəhərində hərraca çıxarılan 25.59 karatlıq yaqut üzük rekord məbləğə satılıb.
“The Sunrise Ruby” adlı üzüyün qiyməti 30,3 milyon dollar olub. Qiymətli zinət əşyasının alıcısının adı açıqlanmır. “The Historic Pink” adlı 8.72 karatlıq digər üzük isə 15,9 milyon dollara satılıb.
Onun Napeleon Bonapartın qohumu Matilda Bonaparta məxsus olduğu ehtimal edilir.
Cia.az
