Cia.az xəbər verir ki, İran Astarasının meri Məhəmmədrza Şahabzadə Astara rayonu vasitəsi ilə İran ilə Azərbaycanı birləşdirəcək yeni körpünün və tranzit marşrutunun 1 ay ərzində istifadəyə veriləcəyini bildirib.
Cənubdakı Astara şəhərinin bələdiyyə başçısı deyib: “Yeni körpünün işə salınmasından sonra yük maşınları oradan rahatlıqla keçə biləcək və bir daha tıxaclarla qarşılaşmayacağıq”.
