|
Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə - Qadağa götürüldü - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi sürücülük vəsiqələrində hicablı fotolara qoyulan qadağanın götürülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Baş İdarənin inspektoru polis leytenantı Elvin Hacıyev Lent.az-a açıqlamasında yayılan görüntülərdən məlumatlı olduqlarını bildirib:

"Hazırda yayılan görüntülərlə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

***

Azərbaycanda sürücülük vəsiqələrində qadınların hicabla fotolarının yerləşdirilməsinə qoyulan qadağa aradan qaldırılıb.

Bu barədə Lent.az-a sürücülük vəsiqəsi alan xanımlar məlumat veriblər.

Qeyd edək ki, uzun müddət idi Azərbaycanda şəxsiyyət və sürücülük vəsiqələrində xanımların hicablı fotolarına qadağa qoyulmuşdu. Bu da inanclı insanlar arasında narazılıqla qarşılanıb.