|
Mehriban Əliyeva Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib.

Cia.az xəbər verir ki, paylaşımda deyilir:

“Qoy qəlbimiz hər zaman Vətənimizə, bayrağımıza və xalqımıza görə qürur hissi ilə dolsun!”