|
Fukusima yenə silkələndi

Yaponiyada növbəti güclü zəlzələ baş verib. Yeraltı təkanlar Fukusima sahillərində qeydə alınıb. Yaponiya meteorologiya idarəsinin məlumatına görə, təkanların gücü 5,1 bal olub. 
Zəlzələnin episentri Sakit okeanda 50 km dərinlikdədir. Təkanlar 13 prefekturada, o cümlədən Tokioda hiss edilib. 
Zəlzələ adıçəkilən ərazidə yerləşən "Fukusima" Atom Elektrik Stansiyasında hər hansı ziyana səbəb olmayıb. 
Qeyd edək ki, Yaponiyada 2011-ci ilin mart atyında baş verən güclü zəlzələ və sunamidən sonra "Fukusima-1"də Çernobıldan sonra ikinci ağır qəza baş verib. 
AES-in 6 reaktorundan 4-ü su ilə dolmuş, soyutma sistemi sıradan çıxmışdı. Qəzanın nəticələrinin aradan qaldırılması üçün 40 ilə yaxın vaxt lazım olacaq. 

Cia.az