Terapevt Alexandra Medzinovskaya saç tökülməsinin əsas səbəblərini açıqlayıb.
Cia.az xarici mətbuata istinadən xəbər verir ki, həkimin fikrincə, sinir və ruhi gərginlik səbəbindən saçlar tökülməyə başlayır. Stresli olarkən insan saçın vəziyyətini pisləşdirən kortizol hormonu istehsal edir.
Eyni zamanda, bəzən saç tökülməsinin səbəbi müxtəlif infeksiyalar, əməliyyatlar və 38,5 dərəcədən yuxarı temperatur da ola bilər.
Saçla bağlı problemlərin qarşısını almaq üçün həkim maqnezium, dəmir, B vitaminləri, sink və mis qəbul etməyi tövsiyə edir.