|
Seksual görünmək üçün düzgün bikini seçin –

Qarşıdan bikini mövsümü gəlir. Yaya özünüzü hazır hiss etməyə bilərsiz, hətta çimərlikdəki havalı qızları görmək düşüncəsi belə, sizi əsəbləşdirə bilər. Ancaq siz də onlar kimi ola bilərsiz. Tək etməli olduğunuz bir az özünüzə güvənmək və bədəninizə uyğun düzgün bikini seçməkdir. Beləliklə daha seksual görünəcəksiz. Bəs düzgün bikinini necə seçməli?

Bu məsləhətlərə əməl edərək bədəninizə uyğun düzgün bikini seçin.

Kiçik sinəsi olanlar: bəzəkli, naxışlı, straplez üstlər, üçkünc ip bikinilər ən çox kiçik sinələrə yaraşır. Dolğulu və balenli modellər güvəninizi daha da artırar.

İri sinəli xanımlar: Üçkünc bikinilər iri sinələr üçün ideal bir modeldir. Üçkünc bikinilərin bəxş etdiyi seksuallığa idman havası qatmaq istəyənlər bəzəkli modellərdən istifadə edə bilər. Arxadan və boyundan bağlanan qalın asqılı üstlər ehtiyacınız olan dəstəyi verəcək. Saxta qıvrımlarınız olsun deyə straplez modellər alın.

Atletik bədənlilər: Çiyinləriniz geniş, ombanız dardırsa, yüksək belli şort bikinilər geyinin. Ayaqlarınız bu şəkildə uzun görünəcək. Feminen modellər sizi seksuallaşdıracaq. Geniş asqılı üstlər geyinib çiyninizin gözəlliyindən faydalanın. Çiyinləriniz geniş və sümüklüdürsə, karnaval havası yaradan bikiniləri geyinin.

Armud tip bədən: Çiyinləriniz dar, ombanız genişdirsə, iki parçalı bir bikini seçməlisiz. Diqqəti üst bölgəyə çəkmək üçün rəng və naxışları üst bölgədə istifadə edin. Altınız daha tünd bir rəngdə və düz olsun. Düşük belli, bağlanma yeri incə olan alt hissə armud şəkilli bədən üçün lazımdır. Bütöv çimərlik paltarları heç sizə uyğun deyil.

Qum saatı: Əgər çiyinləriniz və ombanız bir-birinə uyğundursa, hər model seçə bilərsiz. Straplez model seçməyin, sinə bölgənizi düzləşdirə bilər.

Uzun ayaqlılar: Çox şanslısız! Ancaq uzun bir işıq dirəyi kimi görünmək istəmirsizsə, dik cizgilərdən çəkinin. Çox canlı rənglər sizə uyğundur. Tünd və tək rəng parçalar və  yüksək yaxalardan bir az uzaq gəzin. Kişilərin mini şortlarına bənzər şortlar, zəncirli, düyməli, yəni bol aksessuarlı bikinilər geyinin.

Qısa ayaqlılar: Bədəninizi uzun göstərmək üçün ombası yüksək kəsimli bikinilər geyinin. Düz və sadə bir bikini ilə naxışlı büstqalter baxışları ayaqlara yox, yuxarı hissəyə istiqamətləndirəcək.

Cia.az