Hindistan Rusiya ilə 197 ədəd "Kamov" şirkətinə məxsus vertolyotun alınmasına dair raılıq əldə edib.
Bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin bildirib.
O, hələ ötən il Mi-17 və Ka-226T tipli vertolyotların istehsalı haqqında Hindistanla razılıq haqqında danışıb və deyib ki, bu ilin sonuna kimi 400-dək helikopterin buraxmaq planlaşdırılır.
Onun sözlərinə görə, Hindistan məhz unikal xarakterinə görə "Kamov" vertolyotlarını seçib.
"Kamov" Açıq Səhmdar Cəmiyyəti "Rusiyanın Vertolyotları" şirkətinin konstruktor bürosudur. Hazırda "Kamov" şirkəti Ka-62 markalı çoxməqsədli vertolyotun hazırlanması ilə məşğul olur. Layihə böyük Avropa şirkəti ilə sıx beynəlxalq kooperasiyada birləşir.
Cia.az
