|
Hakan Fidan Şuşaya gəlir

Cia.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Azərbaycana səfər edəcək.

Bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi verib.

Hakan Fidanın İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçiriləcək  27-ci iclasında iştirak edəcəyi gözlənilir.