|
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ: oktyabrın 8-də...

Dağlıq rayonlarda magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Sozcu.info-nun xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, oktyabrın 8-də əsasən gecə və səhər saatlarında dağlıq rayonlarda magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.