Şagirdlərin valideynləri məktəbə gələrək, kitab oxumağa başlayıblar.
Bu barədə məlumatı AzNews.az “Əli və Nino” Kitab Mağazaları Şəbəkəsinin rəhbəri Nigar Köçərli verib. Onun sözlərinə gözə, Avropa-Azərbaycan məktəbində gerçəkləşən bu aksiya şagirdlərdə kitaba olan marağı artırmağa hesablanıb: “Bu məktəbdə bir müddətdir ki, şagirdlərin kitaba marağı artırmaq üçün müxtəlif aksiyalar keçirilir. Məsələn, vaxtaşırı kitab həftəsi edib, şagirdlərə 40 dəqiqə kitab oxutdururlar. Bu dəfə isə valideynləri həmin prosesə qoşublar. Çox maraqlı alındı. Bu, şagirdlərin özləri üçün də sürpriz idi”.
N. Köçərli əlavə edib ki, başqa orta məktəblərin də bu prosesə başlaması vacibdir.
