Cia.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 266 900 hərbçisini zərərsizləşdirib.
Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 4 506 tank, 8 703 zirehli maşın, 5 722 artilleriya sistemi, 753 reaktiv yaylım atəşi sistemi, 506 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 4 541 PUA, 1 455 qanadlı raket, 19 gəmi/qayıq, 8 217 avtomobil texnikası və avtosistern, 859 xüsusi texnikası sıradan çıxarılıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.
Musavat.com
