|
Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb

Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb.

Bu barədə cia.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən "Medica Hospital" xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.