|
Ordumuz qisas aldı: Erməni əsgəri məhv edildi

Dünən Ermənistan ordusunu atəşkəsi pozması onun üçün itkisiz ötüşməyib. Belə ki, hadisə nəticəsində erməni ordusunun əsgəri Qazaryan Vanik Aramoviç həlak olub. 

Cia.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. 

"Yeni Sabah" xatırladır ki, bu gün Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəzərov İsmət Ramiz oğlu qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.