Bu gün rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın görüşü baş tutub.
Dövlət başçıları əvvəlcə məhdud tərkibdə görüş keçiriblər.
Daha sonra İlham Əliyevlə Çıonq Tan Şanqın geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Xatırladaq ki, Çıonq Tan Şanqın səfəri ötən gün başlayıb. Bu gün onun rəsmi qaraşılanma mərasimi baş tutub. Mərasimdə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə yanaşı, birinci xanım Mehriban Əliyeva da iştirak edib.
Cia.az
