|
Yağış və dolu yağacaq -

Mayın 15-də Bakı və Abşeron yarımadasında əsasən buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə yağış yağacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13 dərəcə, gündüz 16-21dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı , arabir yağış yağacağı gözlənilir.  Bəzi yerlərdə dolu düşmə ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağış  tədricən kəsiləcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 18-23 dərəcə, dağlıq rayonlarda gecə  3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Cia.az