|
"Aztelekom"dan FETÖ əməliyyatı ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan "Aztelekom" telekommunikasiya şirkətində FETÖ əməliyyatı keçirildiyi ilə bağlı məlumat yayılıb.

Gununsesi.info iddia edir ki, "Aztelekom"da 2 şəxs həbs edilib. Onların FETÖ-çu olduğu ehtimal edilir. Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.

Məsələyə aydınlıq gətirmək üçün "Aztelekom"la əlaqə saxladıq. "Aztelekom" MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva News24.az-a bildirdi ki, bu barədə heç kimə açıqlama verilməyib:

"Bu barədə heç bir media qurumuna açıqlama verməmişik. Rəsmi sorğu göndərin".