|
İşdən çıxarılan başçı kimdir?

Bu gün Prezident İlham Əliyev Sədərək rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayevanı vəzifəsindən azad edib.

Cia.az xəbər verir ki, o, 2021-ci il oktyabrın 6-da bu vəzifəyə təyin olunmuşdu.

Mahirə İsmayıl qızı Adnayeva kimdir?

O, icra başçısı təyin edilənədək Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini, RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini icra edib. 

M. Adnayeva İkinci Dünya müharibəsi veteranı mərhum Ramazan Adnayevin gəlinidir.