Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Cia.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.15-ci maddəsində və 38.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 38.1-ci maddəsinin üçüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.1.1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 37.1.5-1-ci maddəsinə uyğun olaraq, kredit təşkilatlarında və qanuna müvafiq olaraq ödəniş xidmətlərini həyata keçirən şəxslərdə kassa əməliyyatlarının aparılması qaydalarını, habelə həmin təşkilatlar tərəfindən istifadə olunan nağd pul avadanlıqlarına dair minimum tələbləri;
3.1.2. həmin Qanunun 38.2-ci maddəsinə uyğun olaraq, investisiya pul nişanlarının satışı qaydasını;
3.1.3. həmin Qanunun 41-1.1-ci maddəsinə uyğun olaraq, pul nişanlarının reproduksiyası qaydasını;
3.1.4. həmin Qanunun 47.2-ci maddəsinə uyğun olaraq, ödəniş xidmətləri təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və onlar arasında hesablaşmaların həyata keçirilməsi qaydalarını, həmçinin ödəniş alətlərinə dair tələbləri;
3.1.5. həmin Qanunun 48.3.6-cı maddəsinə uyğun olaraq, maliyyə xidmətlərinin (məhsullarının) test məqsədli alışı qaydasını;
3.1.6. həmin Qanunun 50.3-cü maddəsinə uyğun olaraq, xüsusi tənzimləmə rejiminin tətbiqi qaydasını;
3.1.7. həmin Qanunun 51.2-ci maddəsinə uyğun olaraq, lisenziya və icazələrin verilməsi üçün təqdim olunan sənədlərin formasını və məzmununu;
3.1.8. həmin Qanunun 53.4-cü və 53.7-ci maddələrinə uyğun olaraq, yoxlama haqqında hesabatın tərtib edilməsi qaydasını, habelə formasını və məzmununu.
3.2. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 934-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 402; 2010, № 2, maddə 80; 2017, № 7, maddələr 1334, 1337; 2019, № 8, maddə 1389; 2020, № 1, maddə 4) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:4.1. 2.5-ci bənddə “22.0.5-ci, 22.0.8-ci, 22.0.13-cü, 22.0.16-cı” sözləri “22.1.15-ci maddəsində, 38.1-ci maddəsinin üçüncü cümləsində” sözləri ilə, “və 58.6-cı maddələrində” sözləri “maddələrində və 58.6-cı maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;
4.2. 2.6-cı bənddə “58.6-cı maddəsində” sözləri “38.1-ci maddəsinin üçüncü cümləsində və 58.6-cı maddəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 mart tarixli 42 nömrəli, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 819 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 94.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:
3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.1.1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.5-1-ci maddəsinə uyğun olaraq, məlumatın formasını;
3.1.2. həmin Qanunun 10.5-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, bankın Müşahidə Şurası və İdarə Heyətinin sədri və üzvləri, habelə yerli filialı olan xarici bank yerli filialının rəhbəri ilə müsahibənin keçirilməsi qaydasını;
3.1.3. həmin Qanunun 11.1-1-ci maddəsinə uyğun olaraq, yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtləri və tələbləri;
3.1.4. həmin Qanunun 40.1.1-1-ci maddəsinə uyğun olaraq, aidiyyəti olan şəxslərə kreditlərin verilməsi limitlərini və şərtlərini;
3.2. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 935-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143; 2010, № 2, maddə 80; 2014, № 11, maddə 1392; 2017, № 4, maddə 550; 2021, № 12, maddə 1373; 2022, № 8, maddə 862; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 16 may tarixli 2140 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.1-1-ci bəndə “Qanunun” sözündən sonra “10.2.6-cı maddəsində,” sözləri əlavə edilsin;
4.2. 3.2-ci bənd ləğv edilsin;
4.3. 3.4-cü bənddə “maddəsində” sözü “və 94.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.5. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 819 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 440; 2021, № 12, maddə 1373) 3-cü hissəsi ləğv edilsin.
***
Prezident İlham Əliyev “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 940-VIQD nömrəli Qanununun tətbiqi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 830 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 26.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 940-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:3.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.1.1. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.3-1-ci maddəsinə uyğun olaraq, məlumatın formasını;
3.1.2. həmin Qanunun 15.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını;
3.2. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 940-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 830 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 451) 3-cü hissəsi ləğv edilsin.