|
Hacı Surxaydan qardaşının ölümü ilə bağlı AÇIQLAMA

"Qardaşım artıq bir il idi ki, bu xəstəlikdən əziyyət çəkirdi".

Bu sözləri News24.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə nümayəndəsi, “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli deyib.

O bildirib ki, qardaşı Rövşən Məmmədov uzun müddət mədə xərçəngindən əziyyət çəkirmiş:

"Rövşənin 48 yaşı var idi. Uzun müddət idi ki, bu xəstəlikdən əziyyət çəkirdi. Mənim üçün bu barədə danışmaq çox çətin və ağırdır. Qardaşımı bu gün atamın qərbrinin yanında dəfn etdik".