Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Oğuz şəhərində vətəndaşları qəbul edəcək.
Oğuz şəhərində keçiriləcək qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul sabah saat 12.00-da AFRA hoteldə (Oğuz şəhəri, 20 Yanvar küçəsi, 6) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan TQDK-nın internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçiblər və ya Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları təhsil şöbələrinin rəhbərliyinə müraciət ediblər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Cia.az
