Cia.az xəbər verir ki, ABŞ Prezidenti Cozef Baydenin bu həftə keçiriləcək NATO sammiti çərçivəsində Türkiyə Prezidenti R.T.Ərdoğan və Ukrayna Prezidenti V.Zelenski ilə görüşlər keçirəcəyi planlaşdırılır. Bu xəbəri "Politiko" nəşri ilə CNN kanalı amerikalı məmurlara istinadla yayıblar."Politiko"nun yazdığına görə, Baydenlə Ərdoğanın görüşü Türkiyə liderinin İsveçin NATO-ya daxil olmasına razılıq verməsindən sonra planlaşdırılıb.
Nəşr yazır ki, Zelenski ilə çərşənbə günü keçirilməsi nəzərdə tutulan görüşdə Bayden onu bürokratik əngəllərin qaldırılmasının, ABŞ və bir sıra müttəfiqlərinin təhlükəsizlik təminatını verməsinin Kiyevin bu il Vilnüsdəki sammitdən qazanması mümkün olan ən böyük imkan olduğuna inandıracaq.
