Cia.az xəbər verir ki, Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri, general-polkovnik, Rusiya qəhrəmanı Viktor Bondarev TASS informasiya agentliyinə müsahibəsində deyib: “Ankaranın əldə olunmuş razılaşmalara zidd olaraq Türkiyə ərazisində olan “Azov” komandirlərini Kiyevə təhvil verməsi, Ukraynanın NATO-ya sürətlə qəbul edilməsi ilə bağlı bəyanatlar Türkiyənin neytral ölkədən qeyri-dost ölkəyə çevrilməsindən xəbər verir.
Son həftələrdə baş verən hadisələr, təəssüf ki, Türkiyənin tədricən və davamlı olaraq neytral ölkədən qeyri-dost ölkəyə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Zelenskinin 2023-cü il iyulun 7-də Ankaraya səfərindən sonra Türkiyə tərəfindən təxribat xarakterli qərarlar qəbul edilib. Türkiyə hakimiyyəti Xüsusi Hərbi Əməliyyatın sonuna qədər Türkiyədə faktiki olaraq ev dustaqlığında saxlanmalı olan “Azov” terror təşkilatının liderlərini Kiyevə təhvil verib. Türkiyə buna qəsdən məhəl qoymadı, üstəlik, Ukraynanın NATO-ya qəbulunun sürətləndirilməsini və Ukraynada hücum dronları üçün zavodun tikintisini müdafiə etdi”.
Onun fikrincə, bu cür qeyri-dost addımın atılmasının əsası həm alyansın təzyiqi, həm də taxıl müqaviləsinə faktiki xitam verilməsi olub. Senator həddini aşaraq deyib: “Çoxüzlü Rəcəb Tayyib Ərdoğan əvvəllər də axmaq və impulsiv qərarlar verib: İŞİD-lə oyunlar, Rusiya təyyarələrinin süqutuna təsir etmək, Ukraynaya pilotsuz təyyarələr vermək, Böyük Turan yaratmaq üçün türkdilli xalqları qızışdırmaq”.
“Vladimir Vladimiroviç Putin demişkən, belə davranışı arxadan bıçaqlamaqdan başqa heç nə adlandırmaq olmaz”.
