Cia.az "Yerevan Today" nəşrinə istinadla xəbər verir ki, indən belə Ermənistan ilə Gürcüstan vətəndaşları iki ölkənin sərhədlərini vizasız, daxili sənədlərlə keçə bilərlər. İki ölkə arasdında əldə edilmiş müvafiq razılaşma artıq 7 iyul tarixindən qüvvəyə minib.
Xəbər verdiyimiz kimi, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Batumiyə işgüzar səfər etmiş, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşmüşdü.
