|
Nazir ağdamlılarla görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, bu gün ədliyyə naziri Fikrət Məmmədov Ağdam rayonunda vətəndaşları qəbul edəcək.
Qəbulda Ağdam, Tərtər, Ağcabədi və Laçın rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qəbul saat 11:00-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Milli Olimpiya Kompleksində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Zərifə Əliyeva prospekti) keçiriləcək.

Cia.az