Goranboy Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini Anar Tofiq oğlu İmanquliyev vəzifəsindən azad olunub. Cia.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Nazirin əmrinə əsasən, Anar İmanquliyev Sabirabad Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub.
DİN mətbuat xidmətinin regional qrupu faktı təsdiqləyib./axar.az/
