Qarşınızdakı insanın diqqətini çəkmək istəyirsinizmi? Münasibətlər əslində çox sadədir - biri ilə tanış olursuz və vurulursuz. Əgər işlər yaxşı gedərsə, sonsuza qədər xoşbəxt olarsız.
Kişinin diqqətini çəkməyin 3 yolunu təqdim edir.
Gülümsəyin. Heç kim üzündə şirin təbəssümü olmayan biriylə ünsiyyət qurmaq istəməz. Gülümsəməniz qorxulu biri olmadığınızı, sizinlə yaxşı vaxt keçirilə biləcəyini qarşı tərəfə siqnal kimi ötürür. Ancaq gülümsəməyi qəhqəhə ilə qarışdırmayın. Görüşün əvvəlində gülüşdə həddini aşmaq xoşagəlməzdir. Təbii və içdən gülümsəməyə çalışın.
Qəhqəhə atın. Məktəb qızları kimi qıqqıldamaq cazibədar olmaya bilər, amma təbii bir qəhqəhəyə açıq olmaq qorxulu bir şey deyil. Qəhqəhə atmaq zarafat anlayışınızın olduğunu göstərir ki, bu da bir çox kişilərin xoşuna gəlir.
Zarafatlarına güldüyünüzü görmək özünü yaxşı hiss etməsinə kömək edər. Sizin diqqət mərkəzinizdə olduğunu hiss etməsinə də yardım edər.
Toxunuş. Uyğunsuz olmayan toxunmaları nəzərdə tutmuruq, əlbəttə. Ona meylli durun. Danışarkən kürəyinə, qoluna toxunun. Toxunmaq qarşınızdakı kişiyə onunla maraqlandığınız mesajını verir.
Cia.az
