|
İlham Əliyev Rusiyaya işgüzar səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib.

Cia.az-a istinadən xəbər verilir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.