|
Azərbaycan Ukraynaya yeni səfir təyin edib

Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılıb.

Cia.az-in xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.