|
Sayt rəhbərinə xəbərdarlıq

Azərbaycan Mətbuat Şurasının müraciəti əsasında Baş Prokurorluqda aparılmış araşdırmalarla Jurnalist Araşdırma Mərkəzinin (JAM.az) internet saytında müxtəlif dövrlərdə həqiqətə uyğun olmayan, qərəzli, insanların şərəf və ləyaqətini alçaldan, eyni zamanda onları nüfuzdan salan böhtan və təhqir xarakterli informasiyaların yayılması müəyyən edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı agentliyin rəhbəri Fikrət Fəraməzoğlu Baş Prokurorluğa dəvət edilib.
Ondan, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq qərəzli, reallığa uyğun olmayan, böhtan və təhqir xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilib.
Ona gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Cia.az