|
Prezident Ərdoğan Putinlə danışacaq

Cia.az xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 27-də telefonla rusiyalı həmkarı Vladimir Putin ilə danışacağını bildirib. Kalın deyib: “Prezident Ərdoğan sabah Putin ilə telefon söhbətində Ukrayna müharibəsi və ikitərəfli münasibətləri müzakirə edəcək”.