|
Kerri Pyotra hesabat verdi

ABŞ-ın dövlət katibi Con Kerri Ukrayna prezidenti Pyotr Poroşenkoya zəng edərək, ona Rusiya prezidenti Vladimir Putin ilə mayın 12-də Moskvada keçirdiyi görüşü haqqında məlumat verib.
Bu barədə Ukrayna prezidentinin mətbuat xidməti xəbər yayıb.
Bildirilir ki, C.Kerri Ukraynanın dövlət başçısına deyib ki, biz Donetskdəki vəziyyətlə bağlı gələcək addımları, həmçinin Minsk razılaşmasının tam icrası üçün tərəflərin üzərinə düşən vəzifələri müzakirə etdik.
ABŞ-ın dövlət katibi bundan əvvəl vurğulayıb ki, Donetskdə döyüşlərin yenidən qızışmasından narahatıq: "Əgər həqiqətən də prezident Poroşenko indi hansısa döyüş əməliyyatlarına başlamaq istəyirsə, onda biz ona belə hərəkətlərə təşəbbüs etməzdən əvvəl düşünməyi məsləhət görürük. Çünki, bu, baş verərsə, Minsk razılaşması ciddi təhlükə altında qalacaq."

Cia.az