|
İrandakı zəlzələ Naxçıvanı da silkələdi

Yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində  zəlzələ qeydə alınıb.

Cia az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidməti məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində dağıntı və fəlakət qeydə alınmayıb. (qafqazinfo)