|
Azərbaycanda 25 yaşlı polis VƏFAT ETDİ

Azərbaycanda polis əməkdaşı dünyasını dəyişib.

Hurriyyet.az-ın "Unikal"a istinadən məlumatına görə, Şamaxı Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinin polis nəfəri, 1998-ci il təvəllüdlü Feyzullayev Hakim Hikmət oğlu vəfat edib.

Qeyd edək ki, o, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.