Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri tərəfindən başladılan 48 günlük hava hücumlarından sonra ilk atəşkəsin icrasına başlanılıb.
Yəməndə Ənsarullah hərəkatı (Husilər) və sabiq prezident Ali Abdulla Salehin dəstəkçiləri daxil olmaqla, bütün tərəflərin beş günlük atəşkəsə əməl edəcəyi barədə razılığa gəliblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri Yəmənin sabiq prezidenti Əli Abdulla Salehin iqamətgahını bombaladıqdan sonra Yəməndə husilər humanitar məqsədlə 5 günlük atəşkəsi qəbul edib.
Mart ayından bəri ölkədə aparılan döyüşlər yüzlərlə mülki vətəndaşın tələfatına səbəb olub, ölkədə böyük humanitar böhran yaradıb.
Cia.az
