|
Azərbaycan nefti BAHALAŞIB

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.

Cia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,59 ABŞ dolları, yaxud 1,87 % artaraq 86,71 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.