"Böyük şəhərdə seks"in ("Sex and the city") ulduzları çoxdandır filmin davamının çəkiləcəyi barədə ipuclarını verirdilər.
Bu dəfə aktrisa Sara Cessika Parker İnstaqramda paylaşdığı fotoyla filmin üçüncü hissəsinin reallaşacağını təsdiqləyib. O, filmdə tez-tez nümayiş edilən "Bloomingdale" ticarət mərkəzindən əlində kağız çantayla çıxarkən çəkilən fotosunu paylaşaraq yazıb:
"Fikirləşirəm ki, bu fotoyla biz "torbadakı pişiy"i sizə göstərmiş olduq. Amma hələlik susuram...".
Aktrisanın fanatları şərhlərdə filmin çəkilişlərini başladığına sevindiklərini ifadə ediblər.
Qeyd edək ki, "Böyük şəhərdə seks" serialı 1998-2004-cü illərdə yayımlandıqdan sonra eyni adda iki tammetrajlı film (2008 və 2010-cu illərdə) təqdim edilib.
Cia.az
