|
Təbii gözəllik iksiri: alma sirkəsinin -

Təbii gözəllik iksiri hesab edilən alma sirkəsinin sağlamlıqla yanaşı xarici görünüşə də faydalı olduğu mütəxəssislər tərəfindən təsdiq olunub.

Sirkənin bilmədiyiniz faydalarını təqdim edirik:

Cild ləkələrini azaldır

Günəş ləkələri və yaşla bağlı ləkələrin azalmasına yardım edir.

Ölü dərinin soyulmasına kömək edir.

Dərinin təbii PH səviyyəsini nizamlayır.

Sızanaq və sızanaq izlərinin, açıq məsamələrin getməsinə kömək edir.

Necə istifadə edilə bilər?

1-2 yemək qaşığı sirkəni 1 litr suya qataraq pambıqla üzünüzə vurun. Sızanaq və ləkələrdən qurtulmaq üçün yarı-yarıya su qatılmış alma sirkəsini üzünüzə sürtün. Dərinin yağlanmasını azaldır. Həssas dərisi olanlar 2 gündən bir etməlidir. Allergik reaksiya görsəniz, dərhal dayandırın.

Ayaqdakı göbələk və ziyillər üçün də istifadə edə bilərsiz.

İlıq su götürün. İçinə suyun üçdə biri qədər alma sirkəsi tökün. Ayaqlarınızı 20 dəqiqə həmin suda saxlayın.

Cia.az