|
Bu hormon qadında artıq olarsa...

Qadının hormonal fonunun normal olmasından onun sağlamlığı və hətta xarici görünüşü asılıdır. Bu səbəbdən qadın öz hormonal fonuna daim diqqət etməlidir.

1. Estrogen 

Bu hormon yumurtalıqlarda istehsal olunur. Bu, əsas qadın hormonudur. Estrogen hüceyrələrin yenilənməsini sürətləndirir, saçların və dərinin cavanlığını qoruyur, damarları xolesterinin yığılmasından qoruyur.

Orqanizmdə artıq olduqda:

- Qarın və omba nahiyəsində həddən artıq köklüyə səbəb olur. Bundan əlavə estrogenin artıqlığı xoşxassəli şişlərin əmələ gəlməsinə səbəb olur.

Orqanizmdə normadan az olduqda:

- Dərinin vaxtdan tez qocalmasına, qırışların daha tez əmələ gəlməsinə, saçların vəziyyətinin pisləşməsinə, bədəndə arzu edilməyən tüklənmənin (üzdə, döş nahiyəsində, qollarda) əmələ gəlməsinə səbəb olur.

2. Testosteron

Bu hormon böyrəküstü vəzilərdə istehsal olunur. Testosteron qadını daha inadlı, davamlı, möhkəm edir. Qadının orqanizmində testosteron çox olduqda, o, müxtəlif idman növləri ilə məşğul olduqda daha yüksək nəticələr qazanır, əzələ toxumasını daha tez yığır və s.

Qadının orqanizmində testosteron artıq olduqda qadın kişiyə bənzəməyə başlayır.

3. Oksitosin

Bu hormon qadın orqanizmində incəliyə və bağlılığa cavabdehdir. Oksitosinin qadın orqanizmində yüksəlməsi doğuş zamanı və doğuşdan sonra baş verir.

Orqanizmdə artıq olduqda:

- Emosional, fiziki yükləmələr və stress zamanı oksitosin daha böyük miqdarda ifraz olunur. Məhz bu səbəbdən stress və gərginlik zamanı qadın daha çox ətrafdakıların qayğısına qalmaq, yemək bişirmək, uşaqlara dərslərdə kömək etmək və s. istəyir.

4. Tiroksin

Qalxanvari vəzidə sintez olunan hormondur. Bu hormon həm qadının bədəninə, həm ağlına cavabdehdir. Mübadilə proseslərini tənzimləyən tiroksin qadının incəliyinə cavabdehdir. Digər tərəfdən tiroksin qadının ağlına və zəkasına cavab verir.

Orqanizmdə artıq olduqda:

- Tiroksin orqanizmdə həddən artıq olduqda qadın tez arıqlayır, hətta onda anemiya inkişaf edə bilər. Qadın həyəcanlı olur, onun yuxusu, yaddaşı pozulur, taxikardiya əmələ gəlir.

Orqanizmdə normadan az olduqda:

- Bədən çəkisinin tez yığılmasına səbəb olur, hətta sonsuzluğa gətirib çıxardır.

5. Noradrenalin

Noradrenalin stress vəziyyətdə böyrəküstü vəzilərdə sintez olunur. Bu hormon damarları genişləndirir, dərini daha elastik və dartılmış edir. Noradrenalin qadında əminlik hissi yaradır, çətin vəziyyətlərdən çıxmağa kömək edir.

6. İnsulin

Mədəaltı vəzidə ifraz olunur. Mürəkkəb karbohidratları parçalayır, orqanizmdə qlükozanın səviyyəsini tənzimləyir, bizə enerji verir.

Orqanizmdə normadan az olduqda:

- Əgər qadının yaxın qohumları arasında şəkərli diabetdən əziyyət çəkən insanlar varsa, qadın öz pəhrizində daha diqqətli olmalıdır.

Cia.az