Gəncədə evdə qadın və kişi meyitləri aşkarlanıb.
Cia.az-in APA-ya istinadən xəbərinə görə, 1989-cu il təvəllüdlü Turxan Əliyev Tofiq oğlu və 2000-ci il təvəllüdlü Aytən Abdullayeva Elsəvər qızının yaşadıqları evdə meyitləri aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Ölümün baş vermə səbəbləri araşdırılır.
Məlumata görə, hər iki şəxsin yaxınları polisə onların itkin düşmələri barədə məlumat veribmiş.
Qeyd edək ki, Turxan Əliyev müğənni, Aytən Abdullayeva rəqqasə olub.
