|
Böyük Dəbilqə: Orxan Səfərov gümüş medal qazandı

Azərbaycan cüdoçusu Orxan Səfərov İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 66 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Vaja Margelaşvili ilə üz-üzə gəlib.

 

Rəqibinə 1:2 hesabı ilə uduzan Səfərov ikinci yerlə kifayətlənib.

Beləliklə, Azərbaycan millisi yarışın ilk gününü bir medalla başa vurub.

19:52

Azərbaycan cüdoçusu Balabəy Ağayev İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə medal qazana bilməyib. 

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) uduzub. 

66 kq-dakı Orxan Səfərov finalda Vaja Margelaşvili (Gürcüstan) ilə güləşəcək. 

 

16:16

Azərbaycanın iki cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqədə yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində Balabəy Ağayev, 66 kq-da Orxan Səfərov bu mərhələyədək irəliləməyi bacarıb.

Ağayev ardıcıl olaraq Bryan Qarboa (Ekvador) və Simone Aversanı (İtaliya) məğlub edib. Onun yarımfinaldakı rəqibləri hələlik bəlli deyil. Eyni çəkidəki Turan Bayramov 1/8 finalda Salih Yıldıza (Türkiyə) yenilib.

Orxan Səfərov Joaquin Tovaqliari (Argentina), David Qarsiya (İspaniya) və Denislav İvanovla (Bolqarıstan) dueldən qalib ayrılıb. Avropa çempionu finala gedən yolda Laşa Nadiradzenin (Gürcüstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.