|
“Məni zəhərləyiblər. Mən öləndən sonra...” – Saakaşvili vəsiyyət elədi
 

Ürəyimi Kiyevdə basdırarsınız

Hurriyyet.az “Qruziya onlayn” portalına istinadla xəbər verir ki, Gürcüstanın eks-prezidenti, hazırda həbsdə və ağır xəstə olan Mixail Saakaşvili bu gün məhkəmə prosesinə qaldığı “Vivamed”klinikasından internet əlaqəsi vasitəsi ilə qoşularkən Ukrayna dilində çıxış edərək deyib: “Mənə işgəncə verilir, məni zəhərləyiblər. Hamının Ukrayna xalqına heyran olması ilə fəxr edirəm. Fəxr edrəm ki, ölkənin Prezidenti Zelenskidir, onun ofisinə minnətdaram. Qələbəmizə tam əminəm. Lakin əgər mən çox yaxın zamanda  baş verəcək qələbəyə qədər qədər sağ qala bilməsəm, mənim ürəyim Kiyevdə basdırılmalıdır. O, Ukraynaya məxsusdur”.