TRT Bakı Təmsilçiliyi yeniliklərə imza atmaqda davam edir. “7 Gün” adlı proqram TRT AVAZ kanalında 2-ci bölümün yayımına hazırlaşır.
Proqramda TRT Bakı Təmsilçiliyi “Bakı 2015 Avropa Oyunları”na qarşı qaralama kampaniyalarının arxasındakı həqiqətləri üzə çıxarıb.
“Avropa Oyunları”na qarşı aparılan çirkin kampaniya və həqiqətlər “TRT AVAZ” kanalında gün üzünə çıxacaq.
Proqram, Azərbaycanda baş verən yeniliklərin nəbzini tutacaq.
Qeyd edək ki, proqramın ötən həftə yayımlanan bölümündə Çanaqqala zəfəri və Erməni yalanlarına həsr olunmuşdu.
Yeni bölüm isə Azərbaycanın ev sahibliyi edəcəyi “Avropa Oyunları”na həsr ediləcək. Proqramda Avropa oyunlarının bütün detalları ekranlara gələcək.
Avropa Oyunları haqqında qaralama kampaniyaları və həqiqətlər 17 May, Bakı saatı ilə 17:20 - də “TRT AVAZ” kanalında tamaşaçıların qonağı olacaq.
Professor Elman Nəsirli, Dosent Araz Aslanlı və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak Azərbaycanda və dünyada baş verənləri 7 Gün proqramında tamaşaçılara təqdim edəcəklər.
Cia.az
