|
İşsizlərin NƏZƏRİNƏ: 212,7 milyon manat ayrıldı

2023-cü ildə 17 minə yaxın vətəndaş özünüməşğulluq proqramına cəlb ediləcək. 

Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclasında komitə sədri Musa Quliyev bildirib. 

O bildirib ki, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 212,7 milyon manat nəzərdə tutulub.  

Qeyd edilib ki, bu Fondun qarşıya qoyduğu 12 istiqamətdə məşğulluq məsələlərinin həllinə imkan yaradacaq.  \Gundem.az