|
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb

İndoneziyanın Yava adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 162 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İndoneziyanın “Kompas” qəzeti Qərbi Yava əyalətinin hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ölənlərin əksəriyyəti uşaqlardır.