|
Prezidentdən Əflatun Amaşovla bağlı SƏRƏNCAM

Əflatun Amaşov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir.

Cia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq  sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikasında medianın inkişafında xidmətlərinə görə Əflatun Əhməd oğlu Amaşov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir.