|
Türk ordusundan uğurlu əməliyyat

Türkiyə ordusu İraqın şimalında növbəti əməliyyat zamanı 3 PKK terrorçusunu məhv edib.

Cia.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçular “Pəncə-Kilid” və “Pəncə-Şimşək” əməliyyat bölgələrinə hücum edərkən zərərsizləşdiriliblər.