|
146 saylı məktəbdə fərqlənmə attestatları təqdim edildi -Fotolar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 751 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib.
Sozcu.info xəbər verir ki, onlardan 982 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, 769 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Suraxanı  rayonu Çavanşir Rəhimov adına 146 saylı  tam orta məktəbində 3 nəfər məzuna Nicat Nəbizadə, Yetər Nəbiyeva və Aytac Məmmədovaya fərqlənmə attestatlar verildi. Attestatları İkinci Vətən Müharibəsinin Şəhidi, həmin məktəbin məzunu olmuş  Hüseynov Orxan Bəhmən oğlunun anası Xalidə xanım məzunlara  təqdim etdi. Məktəbin direktoru Gülzadə Məmmədova kollektiv adından məzunlara və valideynlərə xoş arzularını bildirdi.

sozcu.info